RU

Acunun komandası ''Yunayted''dən futbolçu aldı

Acun Ilıcalının sahibi olduğu çempionşip təmsilçisi ''Hall Siti'' İngiltərə futbolunun nəhənglərindən olan ''Mançester Yunayted''dən futbolçu transfer etmək üzrədi.

"Football-plus.az" xəbər verir ki, ''pələnglər'' Tobi Kollyer ilə anlaşıblar. Bu faktı ''Hall Siti''nin baş məşqçisi Sergey Yakiroviç də təsdiqləyib:
''Yunayted'' ilə bütün məsələlərdə razılıq əldə etmişik. Bazar ertəsindən etibarən icarə əsasında bizə qoşulacaq".
''Yunayted''in öz yetirməsi olan və əsas komandada 6 oyun keçirən Kollyer dayaq yarımmüdafiəçisidi. 22 yaşlı futbolçu bu mövsümün əvvəlində çempionşipin digər təmsilçisi ''Vest Bromviç''ə icarəyə verilmişdi. Amma burda cəmi 12 rəsmi oyuna çıxaraq aktivinə 1 məhsuldar ötürmə yazdıqdan sonra zədələnərək bir neçə aylığa sıradan çıxmış və vaxtından əvvəl Mançesterə qayıtmalı olmuşdu.
Избранный
124
50
football-plus.az

10Источники