RU

Sahil metrosunun yaxınlığında dönərxanada baş verən yanğın söndürüldü VİDEO

ain.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı şəhəri, Səbail rayonu, Sahil metrosunun yaxınlığında yerləşən dönərxanada baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.Lent.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

***

21:12Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Səbail rayonu, Sahil metrosunun yaxınlığında dönərxanada yanğın baş verməsi barədə ilkin məlumat daxil olub. Lent.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. 

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir. 

Əlavə məlumat veriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
26
10
lent.az

10Источники