Bakı. Trend:
Yeni Zelandiyanın cənub-qərb sahillərində 5,2 bal gücündəzəlzələ qeydə alınıb.
Trend-inməlumatına görə, bu barədə Avstraliya Geoloji Xidməti xəbərverib.
Məlumata əsasən, təbii fəlakətin episentri Yeni ZelandiyanınStüart adasından təxminən 160 km cənub-qərbdə yerləşib. Zəlzələninocağı 10 km dərinlikdə olub.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunamitəhlükəsi elan edilməyib.