RU

Ürək üçün ən faydalı səhər yeməyi

Ürək üçün ən faydalı səhər yeməyinin tərkibi açıqlanıb.

E-saglam.az-ın məlumatına görə, sağlam səhər yeməyi yavaş karbohidratlar, zülallar, sağlam yağlar, tərəvəz və meyvələrdən ibarət olmalıdır.

Həkimlər bildirirlər ki, səhər yeməyini buraxmaq ürək-damar xəstəlikləri və artıq çəki riskini artırır. Onların sözlərinə görə, günə düzgün qidalanma ilə başlamaq ürəyin sağlamlığı üçün olduqca vacibdir.

Mütəxəssislər vurğulayırlar ki, yavaş karbohidratlar uzunmüddətli toxluq hissi yaradır və enerji balansını qoruyur. Bu, gün ərzində qan şəkərinin stabilliyini saxlamağa kömək edir.

Zülallar maddələr mübadiləsini dəstəkləyir və əzələ toxumasının qorunmasında mühüm rol oynayır. Eyni zamanda, bədənin ümumi fəaliyyətinin düzgün getməsi üçün vacib hesab olunur.

Sağlam yağlar “pis” xolesterinin azalmasına kömək edir və ürək-damar sistemini qoruyur. Onlar orqanizmin ehtiyac duyduğu faydalı yağ turşularını təmin edir.

Tərəvəz və meyvələr isə lif və antioksidantlarla zəngindir. Bu maddələr orqanizmi zərərli təsirlərdən qoruyur və ürəyin sağlam qalmasına töhfə verir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Избранный
35
e-saglam.az

1Источники