RU

Pentaqon Minnesotaya 1500 əsgər göndərməyə hazırdır

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) iğtişaşların şiddətlənməsi ehtimalı ilə əlaqədar Minnesota ştatına təxminən 1500 əsgərin göndərilməsinə hazırlıq görür.

KONKRET.az xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti Pentaqon mənbələrinə istinadla məlumat yayıb.

Məlumata görə, əsgərlər ABŞ Ordusunun Alyaska bazalı 11-ci Hava-Desant Diviziyasının iki piyada batalyonundan təşkil olunub və Minnesota ştatında vəziyyətin pisləşməsi halında göndərilməyə hazır vəziyyətə gətirilib.

Xatırladaq ki, Minnesota ştatında federal miqrasiya məntəqələrinə qarşı etirazlar genişlənib və bölgədə nəzarətin təmin olunması üçün əvvəlcə Miqrasiya və Gömrük Xidməti əməkdaşlarının fəaliyyəti ilə bağlı etirazlar baş verib.

(azərtac)

Избранный
38
3
konkret.az

5Источники