RU

De la Fuente “Barselona” və “Real” futbolçuları arasındakı gərginlikdən narahatdır

ain.az, Idman.biz portalına istinadən məlumat verir.

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente “Barselona” və Madrid “Real”ının futbolçuları arasında yaranmış gərgin münasibətləri narahatlıqla izləyir.

Xatırladaq ki, Lamin Yamal ilə Daniyel Karvaxal arasındakı münaqişə hələ oktyabrda keçirilən “El Klassiko” zamanı alovlanıb.

Final fitindən sonra isə müdafiəçi gənc vingerin “Real”ın ünvanına səsləndirdiyi hörmətsiz şərhləri kəskin formada münasibət bildirib.

İspaniyanın “Diario AS” nəşrinin məlumatına görə, de la Fuente yaranmış vəziyyətdən narahatdır.

O hesab edir ki, əsas oyunçular arasındakı fikir ayrılıqları dünya çempionatı ərəfəsində İspaniya millisində atmosferə mənfi təsir göstərə bilər.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
51
1
icma.az

2Источники