RU

Əlavə məzuniyyət günləri 2 dəfə artırıldı

Əmək Məcəlləsinə edilən dəyişikliklər əlavə məzuniyyətlə bağlı mühüm yeniliyi nəzərdə tutur.

NOCOMMENT.az xəbər verir ki, Əvvəllər işçinin əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və əmək stajına görə eyni vaxtda bir neçə əsas üzrə əlavə məzuniyyət hüququ olduğu halda, bu məzuniyyətlərdən yalnız müddətcə ən uzunu əsas məzuniyyətə birləşdirilirdi.

Yeni qanuna əsasən, artıq bu məhdudiyyət aradan qaldırılıb. Belə ki, işçinin eyni vaxtda bir neçə əsas üzrə əlavə məzuniyyət hüququ yarandıqda, həmin maddələrin hər biri üzrə nəzərdə tutulan əlavə məzuniyyət günləri tam şəkildə əsas məzuniyyətinə əlavə olunacaq.

Bu dəyişiklik nəticəsində işçilərin ümumi məzuniyyət günlərinin sayı əhəmiyyətli dərəcədə artır. Məsələn, əvvəlki qaydada işçiyə yalnız 6 günlük əlavə məzuniyyət verilirdisə, yeni qaydada əmək şəraiti, funksional xüsusiyyətlər və staj əsasında ümumilikdə 10–12 gün və ya daha çox əlavə məzuniyyət əldə etmək mümkün olacaq.

Yeni yanaşma işçilərin sosial müdafiəsini gücləndirməklə yanaşı, əmək hüquqlarının daha ədalətli təmin edilməsinə xidmət edir.

Избранный
42
nocomment.az

1Источники