Bakı.Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxilolmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindənötən həftə ərzində 165 yanğına çıxış və 43 halda köməksizvəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyatakeçirilib.
Trend xəbərverir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlərnəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatınınxilas olunması təmin edilib.
Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindənötən həftə ərzində 12-si azyaşlı olmaqla 55 nəfər xilas edilib,13-ü azyaşlı olmaqla 30 nəfər təxliyə olunub, 2 nəfər xəsarət alıb,1 nəfər tüstüdən zəhərlənib, 1 nəfərin meyiti bağlı qapı arxasındaaşkar edilib.