RU

Təhsil: Akademik məktəblilərlə görüşəcək

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan "Məktəbdə..." layihəsinin növbəti görüşü yanvarın 21-də paytaxtdakı 225 nömrəli tam orta ümumtəhsil məktəbində keçiriləcək.

Layihənin budəfəki qonağı tanınmış dilçi-türkoloq, Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərov olacaq.   

Görüşdə məktəb və müəllimin insan həyatındakı rolu, mənəvi-əxlaqi dəyərlərə hörmət, Azərbaycan dilinin qorunması və inkişafı, dilimizin zəngin ifadə imkanları və bu prosesdə gənclərin rolu barədə fikir mübadiləsi aparılacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək.

Layihənin informasiya dəstəyi "Kaspi" qəzeti və Kaspi.az saytıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
112
8
olaylar.az

9Источники