RU

"Ayntraxt" "Qarabağ"la oyuna məşq etmədən çıxacaq

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VII turu çərçivəsində keçiriləcək "Qarabağ" – "Ayntraxt Frankfurt" (Almaniya) matçından öncə təşkil ediləcək mətbuat konfransı və açıq məşqin vaxtları məlum olub. 

Fanat.Az Ağdam təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, "köhlən atlar"ın baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı yanvarın 20-də saat 13:30-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. 

Saat 18:00-da isə media nümayəndələri üçün açıq məşq "Azersun Arena"da (ilk 15 dəqiqə) keçiriləcək. 

Qonaq komandanın mətbuat konfransı və media nümayəndələri üçün açıq məşqi isə Almaniyada keçiriləcək. 

Qeyd edək ki, yanvarın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Ayntraxt Frankfurt” görüşü saat 21:45-də başlayacaq.

Избранный
80
2
fanat.az

10Источники