RU

Avtomobilin cərimə meydançasında saxlanılmasına görə ödəniş hansı vaxtdan hesablanır?

Bakı. Trend:

Nəqliyyat vasitəsinin mühafizə olunan duracaqda saxlanılmasınagörə haqqın hansı vaxtdan hesablanacağı müəyyənləşəcək.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlətquruculuğu komitəsinin bugünkü iclasında müzakirə olunan “Yolhərəkəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanunlayihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, mühafizə olunan duracağa gətirilmişnəqliyyat vasitəsinin orada saxlanılması üçün haqq nəqliyyatvasitəsinin mühafizə olunan duracağa gətirildiyi gündənsonrakı gün saat 00:00-dan etibarən hesablanmağabaşlayacaq.

Qeyd edək ki, Tarif Şurasının 12 aprel 2006-cı il tarixliQərarına əsasən, Daxili İşlər Nazirliyinin Baş DövlətYol Polisi İdarəsinin nəzdində fəaliyyət göstərən duracaqlaranəqliyyat vasitələrinin təxliyə avtomobilləri vasitəsiləgətirilməsi və orada mühafizə olunaraq saxlanılması xidmətlərininaşağıda göstərilən tarifləri təsdiq edilib:

№-si

Xidmətlərin adı

Ölçü vahidi

Tariflər
(ƏDV ilə manatla)

1.

Nəqliyyat vasitələrinin təxliyyə avtomobilləri vasitəsiləduracaqlara gətirilməsi

1
ədəd/reys

20,0

2.

Nəqliyyat vasitələrinin duracaqlarda saxlanılması

2.1.

Nəqliyyat vasitəsinin çəkisi 3,5 tona qədər olduqda (3,5 tondaxil olmaqla)

1 ədəd/gün

1,0

2.2.

Nəqliyyat vasitəsinin çəkisi 3,5 tondan 10 tona qədər olduqda(10 ton daxil olmaqla)

1 ədəd/gün

2,0

2.3.

Nəqliyyat vasitəsinin çəkisi 10 tondan yuxarı olduqda

1 ədəd/gün

3,0

Избранный
109
7
az.trend.az

10Источники