RU

“Azərişıq” Kəlbəcərdə yenidənqurma işlərini davam etdirir

Sərt iqlimi və yüksək dağlıq relyefi ilə seçilən Kəlbəcərin də elektrik təsərrüfatı yenidən qurulur. Qarlı-şaxtalı hava şəraitinə baxmayaraq “Azərişıq” ASC 3000 metrdən yüksək ərazilərdə fasiləsiz çalışır.

Bu barədə Publika.az-a qurumdan məlumat verilib.

Kəlbəcər şəhəri 18 iyul 2021-ci ildən elektrik enerjisi ilə təmin olunub. Kəlbəcərin ən ucqar dağ kəndlərinə 35 kV-luq izolyasiyalı hava xətləri çəkilir, yeni güc mərkəzləri yaradılır. Alagöllər, Zəylik və Zod kəndlərində yerləşən strateji obyektlərə və “İstisu” mineral su zavoduna 35 kV-luq ikidövrəli Özünüdaşıyan İzolyasiyalı Naqillər (ÖİN-3) çəkilib, transformator məntəqələri quraşdırılıb.

Həmçinin Zallar, Yanşaq, Keşdək, Zar, Qamışlı və Çaykənd kəndlərinə də 35 kV-luq xətlərin çəkilişi başa çatıb. İstisu qəsəbəsində inşa olunan 110/35 kV-luq “İstisu” yarımstansiyasının 2024-cü il sentyabrın 2-də Cənab Prezident İlham Əliyevin iştirakı ilə açılışı baş tutub. Kəlbəcərə köç edən ailələrin dayanıqlı elektrik enerjisi ilə təmin olunması üçün 0.4 kV-luq elektrik şəbəkəsi yenidən qurulub.

Избранный
117
13
publika.az

10Источники