RU

ABŞ ilə müzakirədən söhbət gedə bilməz – İran parlamentinin rəsmisi

Bakı. Trend:

Hazırkı vəziyyətdə İranın ABŞ ilə müzakirə aparmasından heç birsöhbət gedə bilməz.

Trend-inməlumatına görə, bunu İran parlamentinin Milli təhlükəsizlik vəxarici siyasət komitəsinin sədri İbrahim Əzizi bu gün Tehrandakeçirilən mətbuat konfransında deyib.

“İran və ABŞ arasında 5 raund müzakirə təşkil olunub. Lakinqarşı tərəf müzakirə masasını müharibə meydanına çevirib”, - deyə obildirib.

Əzizi əlavə edib ki, qarşı tərəf İranın mənafeyini görməzlikdəngəlib və öz tələblərini diktə etməyə çalışıb. Bu baxımdan müzakirəaparmağın mənası yoxdur.

2025-ci il 12, 19, 26 aprel, 11 may və 23 may tarixlərində İranvə ABŞ arasında İranın nüvə proqramı ilə əlaqədar dolayımüzakirələrin 5 raundu keçirilib. Dolayı müzakirələr OmanKrallığının xarici işlər naziri Seyid Bədr Əlbusəidininvasitəçiliyi, İran nümayəndə heyətinə xarici işlər naziri SeyidAbbas Araqçi və ABŞ nümayəndə heyətinə ABŞ-nin Yaxın Şərqməsələləri üzrə xüsusi nümayəndəsi Stiv Uitkofun başçılığı ilətəşkil olunub. Müzakirələrin 1, 3 və 4-cü raundu Oman paytaxtıMəsqətdə, 2-ci və 5-ci raundu isə İtaliya paytaxtı Romada baştutub.

Xatırladaq ki, 2025-ci il 13 iyun səhər saatlarında İsrail İranahərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu saydayüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksəksəviyyəli rəsmilər ölüb.

Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı iləİsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərəyüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu damülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumlarıedib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhvedildiyi qeyd olunub.

Əlavə edək ki, 23 iyun axşam saatlarında İran ABŞ-nin Qətərdəkihərbi bazasına hava zərbələri endirib.

24 iyunda İsrail Baş nazirinin ofisi İsrail hökumətinin ABŞPrezidenti Donald Trampın vasitəçiliyi ilə İranla atəşkəsərazılaşdığını elan edib.

İranın Ali Milli Təhlükəsizlik Şurası da bəyanat yayaraqhücumların dayandırıldığını qeyd edib.

Məqalədə:
Избранный
110
az.trend.az

1Источники