RU

II Qaregin yepiskoplarının toplantısını xaricdə keçirəcək

Bütün ermənilərin katolikosu II Qaregin Ermənistanda erməni kilsəsinin yepiskoplarının toplantısını keçirməkdən yayınır.

Herbiand.az erməni mənbələrinə istinadən xəbər verir ki, yepiskopların toplantısı dini mərkəz olan Eçmiədzində deyil, Ermənistandan kənarda keçiriləcək.

BUna səbəb katolikosun həmin gün öz vəzifəsini itirə biləcəyindən ehtiyat etməsidir.

Erməni kilsəsi isə bu qərarın hökumətin kilsəyə qarşı apardığı kampaniya və onun nəticələri nəzərə alınaraq qəbul edildiyini bildirir.

Избранный
20
6
herbiand.az

7Источники