RU

Azərbaycanın turizm imkanları Avstriyanın “Ferien-Messe Wien” turizm sərgisində nümayiş etdirilib

Azərbaycanın turizm potensialı Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən “Ferien-Messe Wien” turizm sərgisində nümayiş etdirilib.

Dövlət Turizm Agentliyinin məlumatına görə, sərgidə Azərbaycan Turizm Bürosu Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzi və “Dreamland Baku” ilə birgə təmsil olunub.

Azərbaycanın Avstriya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rövşən Sadıqbəyli milli stenddə nümayiş olunan turizm məhsulları ilə tanış olub.

Qeyd edək ki, 2025-ci il ərzində Avstriyadan Azərbaycana səfər edənlərin sayında 2024-cü illə müqayisədə 6 faiz artım müşahidə olunub.

Избранный
18
7
vergiler.az

9Источники