RU

Trampın Qrenlandiya planı NATO da etimad böhranı yaradıb Qulu Məhərrəmli

ain.az, Gununsesi portalına istinadən məlumat yayır.

Dünən Qrenlandiyada yerli əhali D.Trampın təcavüz siyasətinə qarşı etiraz nümayişi keçirib.

Bu sözləri Gununsesi.info-ya siyasi şərhçi Qulu Məhərrəmli deyib.

O bildirib ki, beynəlxalq hüququ tapdalamaqda davam edən D.Trampın Qrenlandiya sevdası ABŞ ilə Avropa arasında çat yaradıb.

“NATO üzrə müttəfiqləri Trampa müraciət edərək Qrenlandiya siyasətini dəyişməyə çağırıblar. Buna cavab olaraq Tramp həmin müttəfiq ölkələrə (Danimarka, Norveç, İsveç, Fransa, Almaniya, İngiltərə, Hollandiya və Finlandiya) iyunun 1-dən ABŞ-yə göndərilən bütün mallara 10% tarif tətbiq edilməsi barədə sənəd imzalayıb. Fransa Prezidenti Makron Trampın hədələrinə cavab olaraq bildirib ki, istər Ukraynada, istər Qrenlandiyada, istərsə də dünyanın hər hansı bir yerində bizə heç bir hədə-qorxu və ya təhdid təsir etməyəcək”, – deyə o, həmçinin deyib.

Xatırladaq ki, XXI əsrdə ərazi bütövlüyü və suverenlik anlayışlarının beynəlxalq hüququn əsas sütunları sayıldığı bir dövrdə Donald Trampın Qrenlandiya ilə bağlı planları dünya ictimaiyyətini yenidən “soyuq müharibə” ritorikasına qaytarıb. Vaxtilə Qrenlandiyanı “satın almaq” ideyası ilə gündəmə gələn Tramp bu dəfə daha təhlükəli mərhələyə keçərək adaya dair açıq təzyiq və hədə siyasəti yürütməyə başlayıb. Bu isə artıq sadəcə siyasi eksantriklik deyil, beynəlxalq nizamı sarsıdan açıq işğal niyyəti kimi qiymətləndirilir.

Tramp administrasiyası Qrenlandiyanı ABŞ-ın strateji maraqları üçün “zəruri ərazi” kimi təqdim etməklə, Danimarkanın suverenliyini və ada xalqının iradəsini açıq şəkildə görməzlikdən gəlir. Məhz bu yanaşma Avropada ciddi narahatlıq yaradıb. Çünki Qrenlandiya məsələsi təkcə bir ada deyil, bu, həm də beynəlxalq hüququn tapdalanması, NATO daxilində etimad böhranı və ABŞ-nin müttəfiqlərinə qarşı güc dili ilə danışmaq cəhdidir.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
102
icma.az

1Источники