Afrika Millətlər Kubokunun finalında Mərakeş yığmasını 1:0 hesabı ilə məğlub edən Seneqal millisinin ulduzu Sadio Mane bu turnirin onun üçün sonuncu olduğunu bəyan edib.
Fanat.Az xəbər verir ki, "Əl-Nəsr"in (Səudiyyə Ərəbistanı) hücumçusunun sözlərini jurnalist Lorents Köhler şəxsi "X" hesabı üzərindən belə çatdırıb:
"Təəssüf ki, bu mənim Afrika Millətlər Kubokundakı son rəqsim idi. Amma həmişə Seneqalı dəstəkləyən 12-ci oyunçu olacağam".
33 yaşlı Sadio karyerasında ikinci dəfə Afrika Millətlər Kubokunun qalibi adını qazanıb. O, əvvəlki klubu "Liverpul"la İngiltərə çempionu və UEFA Çempionlar Liqasında qələbə sevinci yaşayıb.
Nihat