RU

Rusiyada xüsusi hərbi əməliyyat iştirakçılarının işdən çıxarılmasının qarşısı alınacaq

Rusiya hökuməti xüsusi hərbi əməliyyat iştirakçılarının işdə ixtisar olunmaqdan qoruyan qanun layihəsini yekdilliklə dəstəkləyib.

Herbiand.az bildirir ki, bu barədə Rusiya Nazirlər Kabineti məlumat verib.

Qanuna görə, hərbi xidmətə göndərilən işçilərin əmək müqavilələri dayandırılır və vəzifələri saxlanılır. Onların xidməti başa çatdıqdan sonra üç ay ərzində əvvəlki işə qayıtmaq hüququ var.

İndi isə xüsusi hərbi əməliyyatdan işə qayıdan veteranlar üçün əlavə sosial təminat tətbiq etmək təklif olunur. Onlara işçi qüvvəsi və ya ştatların ixtisarı zamanı vəzifələrini saxlamaq üçün hüquqi üstünlük göstərilməlidir (lakin yalnız ixtisasları və məhsuldarlığı bərabər olduqda). Bunun səfərbərlik, hərbi vəziyyət və müharibə dövründə döyüş əməliyyatlarında iştirak edənlərə tətbiq edilməsi nəzərdə tutulur.

Əgər qanun hazırkı variantda qəbul edilərsə, sentyabrln 1-də qüvvəyə minə bilər.

Bəxtiyar CƏFƏRLİ

Избранный
19
herbiand.az

1Источники