UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Ayntraxt” oyunu üçün təyinatlar açıqlanıb.
Redaktor.az xəbər verir ki, qarşılaşma İsveçrədən olan hakimlər briqadasına tapşırılıb.
Baş hakim Sandro Şerer olacaq.
Xatırladaq ki, “Qarabağ” - “Ayntraxt” qarşılaşması yanvarın 21-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
