RU

Qəddarlığın YENİ SƏVİYYƏSİ: Bir gecədə 800 göz ÇIXARILIB

İranda etirazçılara qarşı xüsusi qəddarlıq göstərilib.

İnterpress.az xəbər verir ki, bu barədə “The Sunday Times” nəşri məlumat yayıb.

İran təhlükəsizlik qüvvələri etiraz aksiyalarını yatırarkən nümayişçilərin gözlərinə, başlarına və sinələrinə məqsədyönlü şəkildə atəş açırlar.

Bu barədə nəşrin həkimlərin və şahidlərin ifadələrinə əsaslanan araşdırmasında bildirilir. İran əsilli alman oftalmoloq-cərrah, professor Əmir Parasta bu vəziyyəti “qəddarlığın tamamilə yeni səviyyəsi” adlandırıb.

Tibbi personalın məlumatına görə, təkcə Tehranın “Noor” klinikasında təxminən 7 min odlu silahla göz yaralanması faktı qeydə alınıb.

Həkimlərdən biri vəziyyəti belə təsvir edib: “Göz yaralanmaları o qədər çoxdur ki, kimə birinci yardım edəcəyimizi bilmirik”.

Digər mənbə isə bildirib ki, Tehranda bir gecə ərzində yaralanmalar səbəbindən 800-dən çox göz çıxarılmalı olub. Ölkə üzrə kor olanların sayının 8 mini keçdiyi ehtimal edilir.

Şahidlər snayperlərin fəaliyyəti barədə dəhşətli detallar danışıblar: “Damların üstündən insanların başlarının arxasına atəş açırdılar. Yaralılara kömək etməyə çalışanda isə bizə atəş açdılar”.

Qeyd edək ki, İranda yanvarın 8-dən etibarən internet kəsilib, lakin ifadələr, foto və videolar “Starlink” peyk rabitəsi vasitəsilə sızaraq yayılmaqdadır.

Hakimiyyət orqanları təxminən 5 min nəfərin öldüyünü etiraf etsə də, həkimlər zorakılığın miqyasının daha böyük olduğunu bildirirlər.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
21
interpress.az

1Источники