futbolpress-az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
“Qarabağ”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VII turunda “Ayntraxt”a qarşı keçirəcəyi matçın təyinatları açıqlanıb.
Futbolpress.az xəbər verir ki, yanvarın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşə İsveçrədən olan ədalət təmsilçiləri təyinat alıblar.
Qarşılaşmanı Sandro Şarer idarə edəcək. Stefan De Almeyda və Conas Erni baş hakiminin köməkçiləri olacaqlar. Yohannes von Mandaç dördüncü hakim funksiyasını yerinə yetirəcək. VAR hakimləri Fedayi San və Lukas Fandrix olacaqlar.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, VII tur
21 yanvar
21:45. “Qarabağ” – “Ayntraxt”
Baş hakim: Sandro Şarer
Baş hakimin köməkçiləri: Stefan De Almeyda, Conas Erni
Dördüncü hakim: Yohannes von Mandaç
VAR: Fedayi San
AVAR: Lukas Fandrix
(Hakimlər briqadası İsveçrədəndir)
Tofiq Bəhramov adına Respublika stadionu
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.