RU

Putin ABŞ-dən Sülh Şurasına qoşulmaq üçün dəvət alıb

Rusiya Prezidenti Vladimir Putin ABŞ-dən Qəzza zolağı üzrə beynəlxalq "Sülh Şurası"na qoşulmaq üçün dəvət alıb.Missiya.Az "Lenta"ya istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə müsahibəsində danışıb."Prezident Putin diplomatik kanallar vasitəsilə "Sülh Şurasına" qoşulmaq təklifi alıb. Hazırda biz bu təklifin bütün detallarını öyrənirik",-Kremlin sözçüsü bildirib.Peskov əlavə edib ki, Moskva təklifin bütün nüanslarını aydınlaşdırmaq üçün Amerika tərəfi ilə əlaqə qurmağa ümid edir.

İlahə QənbərliMissiya.Az

Избранный
156
4
missiya.az

5Источники