RU

Azərbaycan və Malaziya arasında fövqəladə halların idarə edilməsi sahəsində beynəlxalq əməkdaşlıq müzakirə edilib (FOTO)

Bakı.Trend:

Azərbaycan Respublikasının fövqəladə hallar nazirigeneral-polkovnik Kəmaləddin Heydərovun başçılıq etdiyi Nazirliyinnümayəndə heyəti Malayziyaya səfər edib.

Trend xəbərverir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində nazir Kəmaləddin HeydərovMalayziya Mülki Müdafiə Qüvvələrinin baş komissarı Məhəmməd AbidinAbd Rəhman ilə görüşüb.

Görüşdə iqlim dəyişikliyi, təbii fəlakətlərin intensivləşməsi vətexnogen qəzalar fonunda fövqəladə halların idarə edilməsisahəsində beynəlxalq əməkdaşlığın əhəmiyyətinin daha da artdığıvurğulanıb. Qeyd olunub ki, ölkələrimiz arasında dostluq vəqarşılıqlı etimada əsaslanan əməkdaşlıq çərçivəsində AzərbaycanRespublikası ilə Malayziyanın fövqəladə hallarla mübarizə üzrəməsul qurumları arasında fəlakətlərin və böhranların idarə edilməsisahəsində təcrübə mübadiləsinin aparılması, birgə təlim vəixtisasartırma proqramlarının həyata keçirilməsi qarşılıqlıfaydalıdır. Bu kontekstdə hazırki səfərin və aparılan müzakirələrinəlaqələrin genişləndirilməsinə təkan verəcəyinə əminlik ifadəolunub.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikirmübadiləsi aparılıb.

Azərbaycan
Azərbaycan
Məqalədə:
Избранный
161
az.trend.az

1Источники