RU

Almaniyada VANDALİZM: Helmut və Loki Şmidtin qəbri TƏHQİR EDİLDİ – FOTO

Almaniyada keçmiş kanslerin məzarına svastika çəkilib.

İnterpress.az xəbər verir ki, bu barədə “BILD” nəşri məlumat yayıb.

Almaniyanın Hamburq şəhərində Almaniya Federativ Respublikasının (AFR) keçmiş kansleri Helmut Şmidt və onun həyat yoldaşı Loki Şmidtin ailə məzarlığı təhqir olunub.

Bazar günü günorta saatlarında yerli sakinlər Olsdorf qəbiristanlığındakı başdaşı üzərində, birbaşa adların və tarixlərin üstünə narıncı boya ilə svastika (faşist xaçı) çəkildiyini görüblər. Polis faktla bağlı araşdırmaya başlayıb.

Cütlüyün qızı Suzanna baş verənləri “mənasız vandalizm” adlandırıb.

O, nəşrə açıqlamasında deyib: “Bu, hər zaman azadlıq, demokratiya və xalqlar arasında qarşılıqlı anlaşma tərəfdarı olan iki insanın xatirəsini ləkələmək üçün edilmiş kütləvi cəhddir. Onlar insanlara nifrət edən diktaturanı və antisemitizmi qətiyyətlə rədd edirdilər”.

Federal Kansler Helmut Şmidt Fondunun icraçı direktoru Meyk Voyke bildirib ki, yazılar mümkün qədər tez və peşəkar şəkildə təmizlənəcək.

O əlavə edib ki, fond istintaqa bütün mövcud vasitələrlə kömək edəcək.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
101
interpress.az

1Источники