RU

Çin əhalisi azalır: 1949-cu ildən bəri ən aşağı səviyyə

Çində doğum dərəcəsi 2025-ci ildə hər min nəfərə 5,63-ə geriləyərək 1949-cu ildən bəri ən aşağı səviyyəyə düşüb. 

"Cebheinfo.az" xəbər verir ki, Milli Statistika Bürosu (MSB) 2025-ci ilə aid əhali göstəricilərini açıqlayıb. Hesabata görə, 2024-cü ildə 1 milyard 408 milyon 280 min olan Çin əhalisi 2025-ci ildə 1 milyard 404 milyon 890 minə qədər azalıb. 

Çində 2025-ci ildə 7,92 milyon körpə dünyaya gəlib. Yeni doğulanların sayı 9,54 milyon körpənin doğulduğu 2024-cü illə müqayisədə 16,9 faiz azalıb. Bununla da ölkədə doğum dərəcəsi milli qeydiyyatın aparılmağa başladığı 1949-cu ildən bəri ən aşağı səviyyəyə düşüb. Məlumata görə, Çində kişi əhalisinin sayı 716,85 milyon, qadın əhalisinin sayı isə 688,04 milyon nəfər təşkil edib. 

Избранный
140
cebheinfo.az

1Источники