UEFA Çempionlar Liqasının 7-ci turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Ayntraxt” (Frankfurt, Almaniya) matçından öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtları məlum olub.
Apasport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı yanvarın 20-də saat 13:30-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Saat 18:00-da isə “Azersun Arena”da media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) keçiriləcək.
Yanvarın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Ayntraxt” görüşü saat 21:45-də başlayacaq.
Günün oyunları bu kanallarda
Millimizin üzvü oynadı, komandası qələbə qazandı
Kaxaber Tsxadadze: “Yoxlama oyunlarındakı nəticələr bizi aldatmamalıdır”
"Qəbələ"dən böyükhesablı qələbə
Demçenko: "Öyrənməli olduğumuz nüanslar var"