RU

Azərbaycanda məzunları ən az iş tapan universitetlər və ixtisaslar - SİYAHI

Azərbaycanda 2018-2023-ci illərdə ali təhsil müəssisələrindən məzun olan (120 776 ) şəxslərin 58.6%-i (70 769 nəfər) işlə təmin olunub.

Ölkə.Az-ın məlumatına görə, universitetlər üzrə məşğulluq reytinqində 35 ali təhsil müəssisəsi yer alıb.

Məzunlarının işlə təmin olunmasına görə ən aşağı sırada yer alan ali təhsil müəssisələri Bakı Slavyan Universiteti (33.5%), Bakı Qızlar Universiteti (32.8%), Qərbi Kaspi Universiteti (32%), Naxçıvan Müəllimlər İnstitutu (30.8%), Odlar Yurdu Universiteti (30.5%) olub.

Siyahıda 582 ixtisas arasında məzunların ən az iş tapdığı ixtisaslar isə, robot mühəndisliyi, tərcümə, müəllimlik, regionşünaslıq üzrədir.

Qeyd edək ki, Azərbaycanda 2018-2023-ci illərdə məzunları ən çox iş tapan ali təhsil müəssisəsi 67.3%-lə Bakı Ali Neft Məktəbi olub.

Billurə Yunus

Избранный
63
1
olke.az

2Источники