RU

İcra başçısının xanım müavini həyat yoldaşının görüntülərinə görə ərizə yazdı - VİDEO

İcra başçısının xanım müavini həyat yoldaşının görüntülərinə görə ərizə yazdı - VİDEO

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin ictimai-siyasi, humanitar sahə üzrə müavini Gülbahar Eyvazova həyat yoldaşının “Tiktok”da qeyri-etik ifadələr işlətməsi ilə gündəmə gəlib.

AFN.az xəbər verir ki, G.Eyvazovanın həyat yoldaşı Habil Eyvazovun eyni zamanda icra hakimiyyətində sürücü işlədiyi deyilir. O, içkili halda canlı yayım açaraq dinə, namaza istehzalı münasibət sərgiləyib, həmçinin söyüşlərdən istifadə edib. H.Eyvazovun bu hərəkəti müzakirələrə səbəb olub və sərt tənqid edilib.

Məsələ ilə bağlı Füzuli Rayon İcra Hakimiyyətindən sorğumuza belə cavab verildi: “Füzuli Rayon İcra Hakimiyyətində sürücü işləmiş Habil Eyvazov uzun müddətdir ki, bizimlə çalışmır. Bu gün isə Gülbahar Eyvazova işdən ayrılmaq üçün ərizə yazıb. Onun müraciətinə baxılacaq”.

Qeyd edək ki, bu barədə ilk Demokrat.az saytı məlumat yayıb.

Həmin videonu təqdim edirik:

Избранный
85
24
afn.az

10Источники