"Diplomatiya kənara qoyulub"
Lukaşenkonun sözlərinə görə, Tramp ABŞ-nin maraqlarını heç bir pərdəarxası məqam olmadan, birbaşa bəyan edir: "Baxın, o açıq şəkildə deyir: "Bizə Venesuela lazımdır, çünki orada neft var. Bizə Qrenlandiya lazımdır, çünki müdafiə üçün vacibdir, həm də orada nadir metallar, neft və qaz var". O, bunları gizlətmədən söyləyir."
Belarus lideri qeyd edib ki, əvvəllər bu növ maraqlar müxtəlif bəhanələrlə maskalanırdı. O, Trampın üslubunu belə şərh edib: "Sakit dur, neft haqqında danışma; de ki, orada hansısa narkobaronlar var, onlara qarşı mübarizə aparırıq. O indi isə birbaşa deyir ki, ona neft lazımdır. Avropalılara da xəbərdarlıq edir ki, bizim malımızı almasanız, sonunuz çatacaq."
Sonda Lukaşenko tərəfdaşlarını cəsarətli olmağa səsləyərək, "Bəs biz niyə nədənsə qorxuruq? Nədən qorxmalı yıq ki?" sualı ilə çıxışını tamamlayıb.
Lamiyə Cəbrayılova