Bakı, 19 yanvar, AZƏRTAC
Azərbaycan idmançıları beynəlxalq turnirlərdə iştirak edəcəklər.
Bu barədə AZƏRTAC-a Azərbaycan Vinq Çun Federasiyasının və Çin Döyüş Növləri Assosiasiyasının prezidenti, Əməkdar məşqçi Asif Sayadov məlumat verib.
Onun sözlərinə görə, martın 13–16-da Yunanıstanın Afina şəhərində vinq çun üzrə altıncı dünya kuboku keçiriləcək. Azərbaycan idmançıları həmin yarışda qüvvələrini sınayacaqlar. Eyni zamanda, təmsilçilərimiz martın 17–18-də uşu üzrə beynəlxalq turnirdə də mübarizə aparacaqlar.
Qeyd edək ki, fevral ayında vinq çun üzrə Bakı çempionatı təşkil olunacaq.