RU

“20 Yanvar faciəsi – Tarixin unudulmayan səhifəsi” mövzusunda anım tədbiri keçirildi

Azərbaycan

Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında 20 Yanvar Ümumxalq

Hüzn Gününə həsr olunmuş “20 Yanvar faciəsi – Tarixin unudulmayan səhifəsi”

mövzusunda anım tədbiri keçirildi.

Tədbir Azərbaycanın

suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsinin

bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Ardınca 20 Yanvar faciəsini

əks etdirən videoçarx nümayiş olundu.

Filialın direktoru, dosent Tünzalə Yusifova giriş sözü ilə

çıxış edərək bildirdi ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının azadlıq və müstəqillik

uğrunda mübarizəsinin qanlı, lakin şərəfli səhifəsidir. O vurğuladı ki, bu faciə

xalqımızın iradəsini sındırmamış, əksinə, milli birliyi və azadlıq əzmini daha

da gücləndirmişdir. Direktor gənc nəslin bu tarixi dərindən öyrənməsinin və şəhidlərin

xatirəsini daim uca tutmasının mənəvi borc olduğunu qeyd etdi.

Həmçinin bildirdi ki, 20 Yanvar hadisələrinə ilk siyasi-hüquqi

qiymət Ulu Öndər Heydər Əliyev tərəfindən verilmişdir. Onun 1990-cı ildə

Moskvada səsləndirdiyi cəsarətli bəyanat və sonradan dövlət səviyyəsində görülən

tədbirlər bu faciənin obyektiv dəyərləndirilməsini təmin etmişdir. Qeyd etdi

ki, Prezident İlham Əliyev bu siyasi xətti uğurla davam etdirərək 20 Yanvar şəhidlərinin

xatirəsinin əbədiləşdirilməsinə, şəhid ailələrinə və qazilərə göstərilən diqqət

və qayğıya xüsusi önəm verir və bu tarixin gənc nəsil tərəfindən unudulmamasını

daim önə çəkir.

Daha sonra Sosial və xüsusi fənlər kafedrasının dosenti

Sübhan Talıblı məruzə ilə çıxış edərək “20 Yanvar faciəsi: Azərbaycan xalqını

azadlığa və dövlət müstəqilliyinə aparan yol” mövzusunda ətraflı məlumat verdi.

Məruzədə 20 Yanvar hadisələrinin ictimai-siyasi mahiyyəti, onun milli azadlıq hərəkatında

oynadığı mühüm rol diqqətə çatdırıldı. Bildirdi ki, bu faciə xalqın azadlıq

iradəsini sarsıtmamış, əksinə, müstəqillik ideyalarının formalaşmasını və güclənməsini

sürətləndirmişdir. Həmçinin qeyd ki, 20 Yanvar şəhidlərinin qəhrəmanlığı bu gün

də gənc nəsil üçün vətənpərvərlik nümunəsidir.

Ardınca Dil-ədəbiyyat və onların tədrisi texnologiyası

kafedrasının müəllimi Sevinc Baxşiyeva “Milli istiqlalımızın şanlı tarixi – 20

Yanvar” mövzusunda çıxış edərək faciənin xalqımızın milli yaddaşında tutduğu

yer və ədəbi-bədii düşüncədə əksi haqqında danışdı.

Riyaziyyat və kompüter elmləri kafedrasının müəllimi Əlişah

Eyyubov “20 Yanvar – qanla yazılan tarix, qürurla yaşanan xatirə” mövzusunda

çıxış edərək bu günün həm hüzn, həm də qürur günü olduğunu vurğuladı.

Pedaqogika və psixologiya kafedrasının müəllimi Amid Əliyev

isə “20 Yanvar – susdurulan xalqın oyanışı” mövzusunda çıxışında faciənin

xalqın milli özünüdərkinin formalaşmasında mühüm dönüş nöqtəsi olduğunu qeyd

etdi.

20 Yanvar hadisələrinin canlı şahidi olan əməkdaşlar öz

xatirələrini bölüşdülər.

Tədbirin sonunda Fizika müəllimliyi ixtisası üzrə IV tədris

ili tələbəsi Elnur Dəmirov Mahirə Nağıqızının müəllifi olduğu “20 Yanvar

qatarı” şeirini səsləndirdi. Şeir iştirakçılar tərəfindən dərin duyğularla

qarşılandı.

Tədbir 20 Yanvar şəhidlərinin xatirəsinə ehtiram hissi ilə

başa çatdı.

Избранный
148
azerbaijan-news.az

1Источники