RU

Kosmik sektora investisiyaların artacağı proqnozlaşdırılır

Bakı. Trend:

Kosmik sənayelərə yönələn qlobal investisiyaların artımtendensiyasının davam etməsi gözlənilir. “Seraphim Space”şirkətinin açıqladığı məlumatlara görə, 2025-ci ildə kosmik sektorayatırımlar rekord səviyyəyə çatıb.

Trend bubarədə xarici KİV-ə istinadla xəbər verir.

Məlumata görə, özəl investisiyaların həcmi illik müqayisədə 48%artaraq 12,4 milyard dollar təşkil edib. Bu məbləğin 3,8 milyarddolları ilin son rübündə qeydə alınıb.

Hesabata əsasən, ABŞ ötən il 7,3 milyard dollar investisiya cəlbedərək qlobal maliyyələşdirmənin təxminən 60%-ni formalaşdırıb. Buüstünlük əsasən Pentaqonun “Qızıl Günbəz” təşəbbüsü çərçivəsindəraket buraxılış xidmətləri və müdafiə yönümlü proqramlara ayrılanböyük vəsaitlərlə əlaqələndirilir.

Avropada kosmik sektorda investisiya artımı nisbətən zəifmüşahidə olunsa da, Asiyada yüksəliş davam edib. Xüsusilə Çin yerlipeyk buraxılışı və istehsalını sürətləndirməsi nəticəsində sektoratəxminən 2 milyard dollar həcmində töhfə verib.

Mütəxəssislər kosmik texnologiyalara qlobal investisiyaların2026-cı ildə daha da artacağını proqnozlaşdırırlar.

Избранный
122
az.trend.az

1Источники