RU

Ağdamın Xıdırlı kəndində görülən işlərdən SON GÖRÜNTÜLƏRVİDEO

Evlər tikilir, vətəndaşlar köçürülür. Bununla yanaşı, sosial rifah və təhsil məsələləri də diqqət mərkəzində saxlanılır. Uzun illər doğma elindən, yurd-yuvasından uzaq düşmüş ağdamlıların bir qismi artıq öz doğma torpaqlarına qayıdıb. Bu, rayonda aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinin tərkib hissəsidir.

Xezerxeber.az xəbər verir ki, görüntülər Ağdamın Xıdırlı kəndindəndir. Burada tikilən evlər qaz, su və elektrik enerjisi ilə tam təmin olunaraq vətəndaşlara təqdim edilib.

Rayona köç edən ailələr üçün hərtərəfli şərait yaradılıb. Məktəblər, sosial obyektlər sakinlərin rahat həyat qurması üçün real nümunədir. Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbi təkcə təhsil ocağı deyil, eyni zamanda iş imkanları yaradan bir mərkəzdir.

Xıdırlı kənd tam orta məktəbi İsə ötən tədris ilində istifadəyə verilib.

Burada aparılan quruculuq işləri təkcə evlər və məktəblərlə məhdudlaşmır. Layihələr genişmiqyaslıdır. Ağdam Sənaye Parkı bölgənin iqtisadi mərkəzinə çevrilməkdədir. Bu, həm məşğulluq, həm də sahibkarlıq potensialı deməkdir. Parkda fəaliyyət göstərən müəssisələrdən yalnız birində 70 nəfər işlə təmin olunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Избранный
89
xezerxeber.az

1Источники