Amerikalı sevgilisini görmək üçün Kazandan bir il dəniz səyahəti edib, lakin Soçidə silah qaçaqmalçılığına görə beş il həbs cəzasına məhkum edilib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
ABŞ vətəndaşı Çarlz Ueyn Zimmerman internetdə tanış olduğu kazanlı (Kazan) sevgilisi ilə görüşmək üçün uzun və təhlükəli bir səyahətə çıxıb, lakin sonu həbsxana ilə bitib.
O, 2024-cü ilin iyulunda yaxta ilə yola düşüb. Bir il davam edən səyahət zamanı amerikalı Portuqaliya, İspaniya, İtaliya, Yunanıstan və Türkiyədən keçərək Rusiyaya doğru irəliləyib.
2025-ci ilin iyununda o, Soçi limanına yan alıb. Lakin burada keçirilən gömrük yoxlaması zamanı onun yaxtasında tüfəng və patronlar aşkar edilib.
Məhkəmədə Zimmerman silahı yalnız özünümüdafiə məqsədilə özü ilə götürdüyünü və onu Rusiyaya gətirməyin qadağan olduğunu bilmədiyini iddia edib.
Lakin məhkəmə amerikalının arqumentlərinə inanmayaraq onu silah qaçaqmalçılığında təqsirli bilib. Nəticədə o, 5 il müddətinə ümumi rejimli koloniyada həbs cəzasına məhkum edilib. Hökm artıq qanuni qüvvəyə minib.
Xuraman Etibarlı
İnterpress.az