RU

Avropa bu xəbərlə silkələnir: Nüvə müharibəsinə hazırlıq əmri verildi

GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Avropa İttifaqı vətəndaşları Avropa Parlamentindəki ən böyük siyasi fraksiya olan Avropa Xalq Partiyası (EPP) tərəfindən təhlükəsizlik və sağ qalma mövzusunda təlimatlarla tanış edilib.

Globalinfo.az xəbər verir ki, bu addım Macarıstan hökumətinin kəskin reaksiyasına səbəb olub.

Macarıstan Baş nazirinin Aparatında Beynəlxalq Kommunikasiyalar və Əlaqələr üzrə dövlət katibi Zoltan Kovaç sosial şəbəkədə paylaşım edərək bildirib ki, EPP sülhə sadiq deyil və əksinə, Avropanı nüvə müharibəsinə hazırlayır.

Kovaç Brüsseldə Avropa Parlamenti üzvləri tərəfindən hazırlandığı iddia edilən və “xalqları hərbi münaqişəyə hazırlamaq strategiyası” kimi təqdim edilən sənədin məzmununu dərc edib. Sənəddə vətəndaşlara aşağıdakı suallar ünvanlanır:

“Siren siqnalının nə demək olduğunu bilirsinizmi?, ən yaxın sığınacağın harada yerləşdiyini bilirsinizmi?, evinizdə 72 saat üçün nəzərdə tutulmuş təcili yardım dəsti və yod tabletləriniz varmı?”

Bundan sonra avropalılara bu suallarla bağlı izahatlar və tövsiyələr təqdim olunur.

Macarıstan rəsmiləri bu cür təşəbbüslərin cəmiyyətdə qorxu yaratdığını və Avropada müharibə ritorikasını gücləndirdiyini bildirərək, EPP-ni məsuliyyətsiz davranmaqda ittiham ediblər.

Tahir Turan

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
70
1
globalinfo.az

2Источники