RU

Etibarnamə ilə ev alanların nəzərinə

Daşınmaz əmlakın etibarnamə ilə alınması bəzən sonradan problem yarada bilər. Xüsusən də sənədi verən şəxs vəfat edəndə, həmin evin kimə qalacağı sualı ortaya çıxır. Belə halda, evi alan şəxsmi sahib sayılır, yoxsa əmlak mərhumun varislərinə keçir?Əmlak eksperti Elnur Azadov Metbuat.az-a açıqlamasında bildirib ki, əmlak kimin adına alınıbsa, olduğu kimi qalır. Sadəcə fiziki olaraq şəxs həyatda olmadığı halda verilmiş etibarnamə ləğv olunur, başqa heç bir hüquqi dəyişiklik baş vermir: “İndiyədək bu ölkədə yüzlərlə əmlak etibarnamə əsasında alınıb və əgər sonradan həmin şəxslər vəfat edibsə, bu, onların əmlak üzərində hüquqlarının ləğvi demək deyil. Əslində, etibarnamə ilə müxtəlif əməliyyatların aparılması və hüquqların ötürülməsi tam qanunidir və burada ciddi risk görmürəm. Əsas məsələ etibar etdiyiniz şəxsin həqiqətən etibarlı olmasıdır ki, bu səlahiyyətdən sui-istifadə etməsin və hər hansı qanunsuz əməllərə yol verməsin”.

Sevinc İbrahimzadə / Metbuat.az

Избранный
23
metbuat.az

1Источники