Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatının 2025/2026 mövsümündə növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, Təbriz klubu 16-cl tur çərçivəsində “İstiqlal”la qarşılaşıb.
Xorvatiyalı Draqan Skoçiçin çalışdırdığı kollektiv bu rəqiblə səfərdə üz-üzə gəlib. “Traktorçular” 2026-cı ildə keçirdiyi ilk rəsmi görüşdən xal itkisi ilə ayrılıblar – 0:0.
“Traktor” cari mövsümdə qazandığı 24 xalla 16 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb. Komanda keçirdiyi 16 oyunda 5 qələbə qazanıb, 9 heç-heçə edib, 2 məğlubiyyətə üzülüb.
Qeyd edək ki, ötən mövsümü tarixində ilk dəfə İran çempionu kimi başa vurmuş Cənubi Azərbaycan təmsilçisi növbəti turda “Mes Rafsancan”la qarşılaşacaq. Bu oyun yanvarın 22-də doğma meydanda baş tutacaq.
