Futbol üzrə İspaniya La Liqasının 20-ci turunun ötən gecə baş tutmuş “Real Sosyedad”la görüşü “Barselona” üçün uğursuz alınıb.
Arena.az xəbər verir ki, Hans Diter-Flikin komandası bu matçda 1:2 hesabı ilə məğlub olub.
Nəticədə “Barsa”nın 2-ci ən uzun qələbə seriyası başa çatıb. Sözügedən komandanın 11 oyunluq qələbə seriyası yekunlaşıb. Bu, klub tarixində ikinci ən uzun qələbə seriyası idi.
Xatırladaq ki, “Barselona” klub rekorduna 2005/2006-cı illər mövsümündə imza atıb. Həmin vaxt bu komanda 22 oktyabr – 22 yanvar tarixləri arasında bütün turnirlərdə ardıcıl 18 qələbə qazanmışdı.
“Barsa” İspaniya La Liqasının 2025/2026-cı illər mövsümündə uğurlu çıxışı ilə diqqət mərkəzindədir. Kataloniya təmsilçisi keçirdiyi 20 oyunda 16 qələbə qazanıb, 1 heç-heçə edib, 3 məğlubiyyətə üzülüb.
