AZ

Murad Musayev “Sabah”ı “emosiyasız komanda” adlandırdı – ARENA.AZ

“Sabah”ın keçmiş baş məşqçisi, rusiyalı futbol mütəxəssisi Murad Musayev ölkəsinin mətbuatına geniş müsahibə verib.

Arena.az xəbər verir ki, hazırda “Krasnodar”ı çalışdıran 42 yaşlı mütəxəssis Azərbaycan klubundan ayrılmasının səbəbini açıqlayıb:

“Ən çətini emosiyası olmayan komandanı çalışdırmaqdır. Futbolçular məğlubiyyətə adi hal kimi baxırdılar. Mən “Sabah”dan getdim. Amma bu, o demək deyil ki, məni oradan göndərdilər. İki il “Sabah”da işlədim. Daim qələbə qazanmaq və inkişaf etmək istəyən komandamız var idi. Sonra liderlər getdi, yeni futbolçular gəldi. Onda uğursuz mövsüm oldu. Ümumilikdə mənim emosiyasız komandadan xoşum gəlmir”.

Xatırladaq ki, Murad Musayev 2021-ci ilin oktyabr ayından 2024-cü ilin fevralına qədər “Sabah”ın baş məşqçisi vəzifəsində çalışıb. Paytaxt təmsilçisi məhz onun dövründə daha rəqabətədavamlı bir komandaya çevrilmişdi.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
30
5
arena.az

10Mənbələr