İtaliya təmsilçisi “İnter” (Milan) futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) klub tarixinin antirekorduna imza atıb.
Arena.az xəbər verir ki, bu, Milan komandasının ÇL-in 2025/2026-cı illər mövsümünün Liqa mərhələsinin 7-ci turunun oyununda evdə İngiltərənin “Arsenal” kollektivinə uduzması (1:3) ilə gerçəkləşib.
Belə ki, İtaliya nəhəngi tarixində ilk dəfə qitənin bir nömrəli klub turnirində mövsüm ərzində ardıcıl 3 görüşdə məğlubiyyətlə barışıb.
İtalyanlar daha əvvəl İngiltərənin “Liverpul” komandasına 0:1, İspaniya təmsilçisi “Atletiko”ya (Madrid) 1:2 hesabı ilə yenilmişdilər.
Xatırladaq ki, “İnter” hazırda UEFA Çempionlar Liqasının Liqa mərhələsinin yarış cədvəlində 12 xalla 9-cu pillədə qərarlaşıb. Komanda keçirdiyi 7 oyunda 4 qələbə qazanıb, 3 heç-heçə edib. Milan klubunun top fərqi isə belədir – 13:7.
