AZ

“Karvan” 2 legioner və bir yerli futbolçusu ilə vidalaşdı – ARENA.AZ

Azərbaycan Premyer Liqasında 2025/2026-cı illər mövsümünün qalan hissəsinə hazırlaşan “Karvan” daha 3 futbolçu ilə yolları ayırıb.

Arena.az xəbər verir ki, bu barədə Yevlax klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Qabil Əlizadə, gürcüstanll Nika Çaçaşvili və portuqaliyalı futbolçu Vitor Huqo ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Klub hər üç futbolçuya xidmətlərinə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.

Xatırladaq ki, bu oyunçular 2025/2026-cı illər mövsümünün əvvəlində heyətə cəlb edilmişdilər. Lakin qışda komandanın baş məşqçi postunda dəyişiklik edilib. Görünür, məşqçilər heyəti mövsümün qalan hissəsində bu oyunçuların xidmətində maraqlı olmayıblar.

“Karvan” daha öncə iranlı legioneri Səid İranxanla da yolların ayrıldığını açıqlamışdı. Gedənlərin əvəzində Samir Abdullayev (“Mingəçevir”), Rauf Rüstəmli (“Sabah”, icarə) və Emin Rüstəmov (“Səbail”, icarə) kimi oyunçular heyətə cəlb ediliblər.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
34
11
arena.az

10Mənbələr