AZ

İlham Əliyev “Qarabağ”ı “Ayntraxt” zəfərinə görə təbrik etdi – ARENA.AZ

Azərbaycan Prezidenti İlham Əliyev “Qarabağ”ı UEFA Çempionlar Liqasında “Ayntraxt”ı 3:2 hesabıyla yenməsi münasibətilə təbrik edib.

Arena.az xəbər verir ki, Azərbaycan və Almaniya təmsilçiləri ÇL-in Liqa mərhələsinin 7-ci turu çərçivəsində bu gün Bakıda üz-üzə gəliblər.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş oyunda qapılara 5 qol vurulub və Azərbaycan çempionu yekunda 3:2 hesablı möhtəşəm qələbəyə sevinib.

Oyundan sonra Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında paylaşım edib. Paylaşımda bunlar qeyd edilib:

“UEFA Çempionlar Liqasının əsas mərhələsində “Ayntraxt” komandası üzərində parlaq qələbə qazanması münasibətilə “Qarabağ” futbol klubunu ürəkdən təbrik edirəm! Hakimin ədalətsiz və qərəzli qərarlarına baxmayaraq, haqq-ədalət öz yerini tapdı. Birinci dəfə deyil ki, UEFA tərəfindən təyin edilən hakimlər ədalətsiz və qərəzli qərarları ilə “Qarabağ”ın qələbə yolunu kəsməyə çalışırlar. Ümid edirəm ki, UEFA bu hakimin kimin tərəfindən təyin olunmasına aydınlıq gətirəcək. Ədaləti və əyilməz ruhu məğlub etmək mümkün deyil. Yaşasın “Qarabağ”!

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
24
11
arena.az

10Mənbələr