AZ

“Qarabağ” – “Ayntraxt” matçının ən yaxşısı açıqlandı – ARENA.AZ

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turunda keçirilmiş “Qarabağ” – “Ayntraxt” oyununun ən yaxşı futbolçusu müəyyənləşib.

Arena.az xəbər verir ki, bu ada Azərbaycan təmsilçisinin hücumçusu Kamilo Duran layiq görülüb.

O, sözügedən matçda 2 qol vurmaqla komandasının qələbəsində əsas pay sahiblərindən biri olub.

Qeyd edək ki, “Qarabağ” – “Ayntraxt” matçı Azərbaycan təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə hesabı məhz 4-cü dəqiqədə fərqlənmiş Kamilo Duran açıb. Bundan cəmi 6 dəqiqə sonra Can Yılmaz Uzun almanların bərabərlik qoluna imza atıb. İlk hissə 1:1 hesabıyla yekunlaşıb. İkinci hissədə Frankfurt təmsilçisi hesabda önə keçib. 78-ci dəqiqədə Fares Şaibi penaltidən fərqlənib. Amma bundan cəmi 2 dəqiqə sonra Duran ağdamlıların bərablrik qolunu vurub. Azərbaycan çempionuna qələbə gətirən qola isə 90+4-cü dəqiqədə fərqlənmiş Bəhlul Mustafazadə imza atıb.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
20
3
arena.az

10Mənbələr