AZ

Yüksək Liqa: “Xilasedici” və “Ordu”dan rahat qələbə – ARENA.AZ

Kişi voleybolçular arasında təşkil edilmiş Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/2026-cı illər mövsümünün 10-cu turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Hər iki görüş Fövqəladə Hallar Nazirliyinin idman zalında keçirilib. Günün ilk matçında “Ordu” “Gənclər” kollektivini 3:0 (25:15, 25:18, 25:16) hesabı ilə üstələyib. Ardınca isə “Xilasedici” “Murov” komandasından güclü olub – 3:0 (25:20, 25:20, 25:19)

10-cu tura sabah keçiriləcək “Neftçi” – “Azərreyl” matçı ilə yekun vurulacaq. Bu görüş də Fövqəladə Hallar Nazirliyinin idman zalında keçiriləcək.

Yüksək Liqa
10-cu tur
21 yanvar

“Ordu” – “Gənclər” 3:0 (25:15, 25:18, 25:16)
Fövqəladə Hallar Nazirliyinin idman zalı.

“Murov” – “Xilasedici” 0:3 (20:25, 20:25, 19:25)
Fövqəladə Hallar Nazirliyinin idman zalı.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
29
9
arena.az

10Mənbələr