AZ

Qurban Səfərov “Səbail”də! – ARENA.AZ

“Qarabağ”ın sabiq futbolçusu Qurban Səfərov bundan sonra Azərbaycanın Birinci Liqa təmsilçisi “Səbail”də çıxış edəcək.

Arena.az bu barədə sözügedən klubun rəsmi saytına istinadən xəbər verir.

Belə ki, “dənizçilər” dövrələrarası fasilədə heyətini yeni futbolçu ilə gücləndirib. Bakı təmsilçisi Qurban Səfərovu heyətinə qatıb. Son olaraq “Mingəçevir”də çıxış etmiş U-21 millimizin üzvü ilə müqavilənin müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulub.

Xatırladaq ki, Qurban Səfərov “Şamaxı”nın yetirməsidir. O, ötən il “Qarabağ”a transfer edilmiş və Ağdam klubunun ikinci komandasında forma geyinmişdi. Cari mövsümün əvvəlində “Mingəçevir”ə üz tutmuş sağ cinah yarımmüdafiəçisi Azərbaycanın U-19 və U-21 yığmalarında da forma geyinib.

Cari mövsümdə Birinci Liqada mübarizə aparan “Səbail” bu qış fasiləsi zamanı Roman Hüseynov və Ruslan Voronsovu da heyətinə qatmış, Emin Rüstəmovu isə “Karvan”a icarəyə vermişdi.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
27
13
arena.az

10Mənbələr