AZ

Rövşən Nəcəf “Qarabağ”ı “Ayntraxt” zəfərinə görə təbrik etdi – ARENA.AZ

AFFA prezidenti Rövşən Nəcəf “Qarabağ”ı UEFA Çempionlar Liqasında “Ayntraxt”ı 3:2 hesabıyla yenməsi münasibətilə təbrik edib.

Arena.az xəbər verir ki, Azərbaycan və Almaniya təmsilçiləri ÇL-in Liqa mərhələsinin 7-ci turu çərçivəsində bu gün Bakıda üz-üzə gəliblər.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş oyunda qapılara 5 qol vurulub və Azərbaycan çempionu yekunda 3:2 hesablı möhtəşəm qələbəyə sevinib. Rövşən Nəcəf Azərbaycan çempionunun bu uğuru ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib:

“UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turunda “Qarabağ” Futbol Klubu böyük əzmkarlıq nümayiş etdirərək Almaniyanın güclü təmsilçisi “Ayntraxt” üzərində inamlı qələbə qazandı. Bu uğurlu nəticə münasibətilə komandamızı və bütün azarkeşlərimizi ürəkdən təbrik edirəm. Komandaya növbəti oyunlarda yeni qələbələr arzulayırıq”, – deyə o qeyd edib.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
49
3
arena.az

10Mənbələr