Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2025/2026-cı illər mövsümünün Liqa mərhələsində 7-ci tura yekun vurulacaq.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha 9 oyun baş tutacaq.
Azərbaycan çempionu “Qarabağ” doğma meydanda Almaniyanın “Ayntraxt” (Frankfurt) kollektivi ilə üz-üzə gələcək.
ÇL-in Liqa mərhələsinin son turunda “Qarabağ”ın rəqibi olacaq “Liverpul” səfərdə Marsel “Olimpik”inin müqavimətini qırmağa çalışacaq.
Almaniya nəhəngi “Bayern” evdə “Yunion”la üz-üzə gələcək. “Barselona” Çexiyada “Slaviya”nın qonağı olacaqsa, “Yuventus” evdə “Benfika”nı sınağa çəkəcək.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 7-ci tur
21 yanvar
21:45. Qarabağ (Azərbaycan) – Ayntraxt (Frankfurt, Almaniya)
21:45. Qalatasaray (Türkiyə) – Atletiko (İspaniya)
00:00. Çelsi (İngiltərə) – Pafos (Kipr)
00:00. Atalanta (İtaliya) – Atletik (İspaniya)
00:00. Yuventus (İtaliya) – Benfika (Portuqaliya)
00:00. Slaviya (Praqa, Çexiya) – Barselona (İspaniya)
00:00. Olimpik (Marsel, Fransa) – Liverpul (İngiltərə)
00:00. Nyukasl (İngiltərə) – PSV (Niderland)
00:00. Bayern (Almaniya) – Yunion (Belçika)
