AZ

Oqtay Rüstəmli: “Fiziki hazırlığımız yaxşıdır” – ARENA.AZ

Futzal üzrə Azərbaycan milli komandasının üzvü Oqtay Rüstəmli Danimarka yığmasına qarşı keçirəcəkləri oyunlardan danışıb.

Arena.az xəbər verir ki, futzal millimiz yanvarın 22-də və 24-də Bakıda Danimarka yığması ilə yoxlama oyunları keçirəcək.

Bu oyunlara hazırlıqla bağlı komandamızın təcrübəli üzvü Oqtay Rüstəmli Azərbaycan Futzal Federasiyasının rəsmi saytına çıqlama verib:

“Hazırlığımız davam edir. Yanvarın 18-dən məşqlər qrafik üzrə həyata keçirilir. Heyətimizdə gənc futzalçılar da var. Baş məşqçinin müəyyən tələbləri var. Əsas istəyi müdafiədə diqqətli olmaq, səhvsiz oynamaq və sürətli hücuma çıxmaqdır. Elə etməliyik ki, top daha çox bizdə qalsın. Məşqlərdə bunların üzərində işləyirik. Standart vəziyyətlərlə bağlı da tapşırıqlar yerinə yetiririk. Məşqlərdən başqa, nəzəri məşğələlərimiz də olur. Fiziki hazırlığımız yaxşıdır. Çalışırıq ki, yeni ildə doğma meydanda keçirəcəyimiz ilk oyunları qələbə ilə başa vuraq. Düzdür, yoldaşlıq oyunları komandanı rəsmi matçlara hazırlamaq üçündür. Ona görə bəzən nəticə ikinci plana keçir, əsas baş məşqçinin nə istədiyini meydanda ona qaytarmağa çalışırsan.

Danimarka millisi son illərdə inkişafdadır. Düzdür, onlar reytinqdə bizdən geridə olduğuna görə, DÇ-2028-in ilkin mərhələsindən mübarizəyə başlayacaqlar. Rəqibin oyununu izləmişik. Baş məşqçimiz analiz edib, videoları göstərib. Zəif tərəflərini deyib, ondan necə istifadə etməli olduğumuzu da məşqlərdə göstərir, üzərində işləyirik. Çətin oyun olacaq, ancaq istənilən halda azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik”.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
16
8
arena.az

10Mənbələr