"Qarabağ" bu gün Çempionlar Liqasında növbəti matçına çıxacaq.
Offsideplus.az xəbər verir ki, Ağdam klubunun bu dəfəki rəqibi "Ayntraxt"dır.
Görüş Bakı vaxtı ilə saat 21:45-də, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
"Ayntraxt" 3 gün əvvəl baş məşqçisi Dino Topmöllerlə yollarını ayırıb. Bu oyuna onları Dennis Şmidt və Aleksandr Mayer çıxaracaq.
"Qarabağ" 7 xalla 25-ci, Frankfurt təmsilçisi isə 4 xalla 33-cü yerdədir.
Qurban Qurbanov Kadidən başqa bu gün bütün oyunçularından yararlana biləcək.
Çempionlar Liqası Liqa mərhələsi, VII tur
21:45 "Qarabağ" - "Ayntraxt"
Hakimlər: Sandro Şerer, Stefan De Almeyda, Yonas Erni, Yohannes fon Mandak (İsveçrə)
VAR: Fedayi San (İsveçrə)
AVAR: Lukas Fendrix (İsveçrə)
Tofiq Bəhramov adına Respublika stadionu