AZ

ÇL: “Qarabağ” son ev sınağında “Ayntraxt”la üz-üzə – ARENA.AZ

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqasının (ÇL) Liqa mərhələsində növbəti oyununa çıxacaq.

Arena.az xəbər verir ki, Azərbaycan çempionu əsas mərhələnin 7-ci turu çərçivəsində Almaniya təmsilçisi “Ayntraxt”la üz-üzə gələcək.

Sözügedən komandalar arasındakı oyun Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Görüşü İsveçrədən olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Sandro Şerer olacaq. Ona yan xətt hakimləri Stefane De Almeyda və Yonas Erni, Yohannes von Mandax kömək edəcəklər.

Qurban Qurbanovun kollektivi qitənin ən nüfuzlu klub turnirinin əsas mərhələsində uğurlu start verib. Ağdam klubu ilk turda səfərdə Portuqaliya təmsilçisi “Benfika”ya 3:2 hesabıyla qalib gəlib. İkinci turda isə Azərbaycan çempionu Danimarka nəhəngi “Kopenhagen”i diz çökdürüb – 2:0. Üçüncü turda İspaniya təmsilçisi “Atletik”ə 1:3 hesabıyla uduzmuş təmsilçimiz ardından Bakıda İngiltərə nəhəngi “Çelsi”dən xal almağı bacarıb – 2:2. Liqa mərhələsinin 5-ci turunda baş tutmuş “Napoli” (İtaliya) ilə oyunda i0:2 hesablı məğlubiyyətə üzülmüş təmsilçimiz son olaraq “Ayaks”la (Niderland) ev oyununda 2:4 hesabıyla uduzub.

“Ayntraxt” isə ÇL-in Liqa mərhələsində keçirdiyi 6 oyunun yalnız 1-də qalib gəlib, 1-də heç-heçə edib və 4 məğlubiyyətə üzülüb. Frankfurt təmsilçisi hazırda 4 xalla 30-cu sırada qərarlaşıb. “Qarabağ” isə 7 xalla 22-ci pillədə yer alıb. Təmsilçimiz bu oyunda qalib gəlsə, demək olar ki, pley-offa vəsiqəni təmin etmiş olacaq. Əks halda Azərbaycan çempionunun mərhələ adlamaq şansı çox azalacaq.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 7-ci tur
21 yanvar

“Qarabağ” – “Ayntraxt”
Hakimlər: Sandro Şerer, Stefane De Almeyda, Yonas Erni, Yohannes von Mandax (hamısı İsveçrə).
VAR: Fedayi San (İsveçrə).
AVAR: Lukas Fendrix (İsveçrə).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 21:45.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
28
6
arena.az

10Mənbələr